Bakıdakı “Formula 1” yarışlarının müqavilə müddəti uzadıla bilər

12:10 - 10.04.2023


10 aprel, Fineko/abc.az. “Formula 1 Azərbaycan Qran Prisi”nin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O bildirib ki, müqaviləyə əsasən “Formula 1” Azərbaycan Qran Prisinin sonuncu ilidir.

“Ancaq müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki “Formula 1″in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşüləcək”- T. Teymurov vurğulayıb.

Bütün xəbərlər