Azərbaycan nefti ucuzlaşdı

10:52 - 22.06.2018


22 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,3 dollar düşüb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 74,48 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin avqust ayının fyuçersi, iyunun 21-də keçirilən ticarətin  nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 20-də – 66,22 dollar) 0,68 dollar ucuzlaşıb və  65,54 dollar/barelə təşkil edib.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, ötən nəticəyə qarşı (iyunun 20-də - 74,74 dollar) iyunun  21-də keçirilən ticarətin yekunlarına  görə  1,69 dollar ucuzlaşıb və 73,05 dollar / barelə təşkil edib.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi 21 iyun tarixli ticarətin  nəticələrinə əsasən 7,51 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər