Milli Məclisin nümayəndə heyəti Böyük Çin səddinə səfər edib

11:20 - 22.06.2018


22 iyun, Fineko/abc.az. Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Çinə rəsmi səfəri davam edir.

Azərbaycan Respublikası Milli Məclisinin məlumatında deyilir ki, parlament nümayəndə heyətinin səfəri Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə baş tutub.

“Parlament nümayəndə heyəti Şərqin nadir tarixi, memarlıq və mədəni abidələrindən biri olan Böyük Çin səddini ziyarət etdi. Böyük Çin səddi YUNESKO-nun Dünya İrsi Siyahısına daxildir və Çində ən iri sənət abidəsi sayılır. Çin xalqı üçün qürur mənbəyi və ölkə tarixinin simvoludur”, - məlumatda belə deyilir.

Qeyd edilir ki, səddin inşası e.ə. III əsrdə başlayıb və bir neçə yüz il davam edib. Dünyanın müxtəlif ölkələrindən  milyonlarla turist hər il Böyük Çin səddini ziyarət edir.

 

 

Bütün xəbərlər