Dövlət İmtahan Mərkəzi avadanlıqların satınalınması üçün kotirovka sorğusu elan edir

12:31 - 22.06.2018


22 iyun, Fineko/abc.az. İddiaçı kimi iştirak etmək istəyənlərə təklif edilir ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə  tərcümə olunmalıdır).Kotirovka sorğusu proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 28 iyun 2018-ci il saat 15:00-dək M. Müşfiq, 1M (əlaqələndirici şəxs: İlham Əliyev, telefon 012-502-47-53/56/58, daxili 144) ünvanına təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Bütün xəbərlər