Hazırda Qarabağda 10 avtomobil yolu layihəsi həyata keçirilir - Prezidentin nümayəndəsi

15:23 - 17.04.2023


17 aprel, Fineko/abc.az. Hazırda Qarabağ İqtisadi rayonu ərazisində ümumi uzunluğu 513 km olan 10 avtomobil yolu layihəsi həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, regionda həmçinin dəmir yolu layihəsi də reallaşdırılır: “Həmçinin 157,5 km uzunluğunda iki dəmiryolu layihəsi də reallaşdırılır. Onlar Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmiryolu layihələridir.

Həmçinin Zəngilan və Füzulidə hava limanları inşa edilib. Həqiqətən də möcüzə idi ki, 8 ay ərzində mina ilə çox çirklənmiş ərazilər təmizlənsin və beynəlxalq standartlara uyğun hava limanı inşa olunsun".

Bütün xəbərlər