Bank VTB (Azərbaycan) dövlət qulluqçuları üçün Nağd Pul krediti üzrə faizləri endirdi

16:01 - 22.06.2018


VTB (Azərbaycan) dövlət qulluqçularının peşə bayramı münasibəti ilə elan etdiyi aksiya çərçivəsində dövlət strukturunda çalışan əməkdaşlar üçün kredit üzrə faiz dərəcələrini endirib.

Belə ki, 22-29 iyun 2018-ci il tarixlərində dövlət qulluğunda olan vətəndaşlar 10 000 manatadək nağd  pul kreditini  6 faizlik endirimlə – illik 22% ilə ala bilər. Bundan başqa bankın kredit kartları üzrə 1% endirim nəzərdə tutulub. Bununla da kart üzrə faiz dərəcəsi – 27%-ə endirilib.

Təklifdən istifadə etmək üçün kredit üzrə müraciəti məsafəli xidmətlər – internet və mobil bank, +99455 2140986 nömrəli WhatsApp, bankın Çağrı mərkəzi və ya saytı vasitəsi ilə etmək lazımdır.

Bundan başqa, aksiya müddətində Visa Gold və Visa Platinum premium debet kartları sifariş edən müştərilər kart üçün illik xidmət üzrə 50% endirim qazanırlar. 

Məhsullar haqqında əlavə məlumatı bankın 986 nömrəli Çağrı mərkəzindən, eləcə də

www.vtb.az saytından əldə etmək mümkündür.

 

 

Bütün xəbərlər