“Orbita” MTK-ya məxsus bina yararsız hala düşdü - VİDEO

11:45 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Bakının Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında “Orbita” MTK-ya məxsus binada çat yaranıb.
 
ABC.AZ xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov video paylaşıb.
 
Bildirilib ki, ərazidə kran işləyir.
 
Sosial şəbəkələrdə paylaşılan videoya şərh yazan istifadəçilər binanın yenidən yoxlanması üçün çağırış ediblər.
 
Şirkətin rəsmi saytındakı telefon nömrələrinə zəng edilsə də, cavab verilməyib.
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Bütün xəbərlər