Azərbaycanda Amerika valyutasının məzənnəsi 1,7002 AZN/1 USD təşkil etdi

26.10.2017,14:36


Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün növbəti ikitərəfli valyuta hərracında iştirak etdilər.

AMB-dan verilən məlumata əsasən, hərracın yekununda  Amerika valyutasının orta ölçülmüş məzənnəsi 1 USD = 1,7002 AZN təşkil etdi.

19 oktyabr tarixində keçirilmiş əvvəlki hərracda məzənnə 1 USD = 1,7001 AZN təşkil etmişdir.

 

Açar sözlər: valyuta USD