Naxçıvanda yeni əmlak şirkətləri yaradılır

10:28 - 19.04.2023


19 aprel, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında bir neçə aydır biznes mühitində vəziyyət normallaşmağa başlayıb.

ABC.AZ xəbər verir ki, artıq Muxtar Respublikada sahibkarların aktivliyi müşahidə edilir. Eləcə də indiyədək ölkənin digər ərazilərində fəaliyyət göstərən sahibkar və şirkətlər Naxçıvanda da biznesə başlayıblar.

Bu prosesdə diqqəti çəkən cəhətlərdən biri Naxçıvanda yeni əmlak şirkətlərinin yaradılmasıdır. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, son bir neçə həftədə Naxçıvanda iri kapitalla bir neçə əmlak şirkətləri yaradılıb. Maraqlıdır ki, şirkətlərin adları bir-birinə uyğundur və bəziləri eyni  ünvanlarda yerləşir.

Beləliklə, təkcə martın 30-31-də Naxçıvanda “NAXPROPERTY” adlı 4 şirkət qeydiyyatdan keçib.

Bütün xəbərlər