İyunun 21-də Bakıda Musiqi Festivalı keçirildi

17:14 - 22.06.2018


22 iyun, Fineko/abc.az.  Dünən, iyunun 21-də Fransanın Azərbaycandakı səfirliyi və Fransanın Azərbaycandakı İnstitutunun təşəbbüsü ilə Bakıda Musiqi Festivalı keçirildi. 1982-ci ildən Fransada hər il qeyd olunan bu tədbir bir neçə ildir ki, Bakının mədəniyyət həyatının bir hissəsi olub. Tədbir paytaxtın müxtəlif yerlərində - YARAT müasir incəsənət məkanında, Nizami küçəsində, Fəvvarələr meydanında və İçərişəhərdə keçirilib.

“East or West”, "Coda", "Les Gamins", “Friday”, Fidan Hajiyevanın Vokal Musiqi Məktəbi, DJ Toğrul, instrumental duet Könül Əmirova və Əminə Zülfüqarova, solistlər Albina, Talət Hüseynov, Araz Hümbətli, Lisse Van Vliet, Tural Jamşud, Müslim və Sübhan kimi müsiqi kollektivləri dinləyicilər tərəfindən alqışlandılar.

Qeyd edək ki, həvəskar - musiqiçilər müğənnilərin ifası ilə ilhamlanıb səhnəyə çıxaraq öz sevimli mahnılarını ifa edirdilər.

Tədbirin təşkilinə aşağıdakı qürumlar dəstək olmuşdular:

Azərbaycan Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Məkanı YARAT.

Festivalın baş sponsoru Maks Events şirkəti olub.

 

Bütün xəbərlər