Ötən 3 ayda dövlət xətti ilə 111 milyon manat kredit verilib

16:06 - 19.04.2023


19 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 111 milyon manat kredit verilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 30% artaraq 96,5 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100 % azalıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 21,9 milyon manata düşüb.

Bütün xəbərlər