Ötən 3 ayda Azərbaycana ən çox bu ölkələrdən səfər ediblər - SİYAHI

14:03 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 368,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxslər gəlib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə ölkəmizdə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.

Gələnlərin 32,3 %-i Rusiya Federasiyası, 21,5 %-i Türkiyə, 9,1 %-i İran, 5,6 %-i Gürcüstan, 4,2 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9 %-i Qazaxıstan, hər birindən 1,7 % olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6 % olmaqla Ukrayna və Belarus, 1,4 %-i Küveyt, 1,3 %-i Türkmənistan, 10,8 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 76,9 %-ni kişilər, 23,1 %-ni qadınlar təşkil edib. Müəllif: Elmir MUradov

Bütün xəbərlər