Asiya ölkələrindən Azərbaycana ən çox turist Hindistandan gəlib 

14:08 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-mart aylarında Azərbaycana səfər etmiş əcnəbilərin statistikasını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 5,4 dəfə, Türkmənistandan - 4,2 dəfə, Özbəkistandan - 4,1 dəfə, Çindən - 3,6 dəfə, Belarusdan - 3,4 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Pakistandan - 2 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,5 dəfə, Gürcüstandan - 45,2 %, Böyük Britaniyadan - 40,6 %, Omandan - 38,5 %, Küveytdən - 32,4 %, Türkiyədən - 30,2 %, Birləşmiş Ərəb Əmirliklərindən - 28 % artıb.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1 % artaraq 15,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,5 % artaraq 59,1 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,2 %-i hava, 35,3 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Müəllif: Elmir Muradov

Bütün xəbərlər