Kiyevdə Azərbaycan Ticarət Evi açıldı

10:51 - 25.06.2018


25 iyun, Fineko/abc.az. İyunun 22-də Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub.

İqtisadiyyat Nazirliyinin məlumatında deyildiyi kimi,  açılış mərasimində hər iki ölkənin rəsmi nümayəndələri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.

“Ticarət Evinin ümumi sahəsi 300 m² təşkil edir. Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha çox tanıdılması, yerli məhsulların ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Ticarət Evinin daimi fəaliyyət göstərən sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif məhsullar, xüsusilə, 86 çeşiddə şərab, 26 çeşiddə konyak, 37 çeşiddə çay, 30-dan çox çeşiddə meyvə şirəsi və kompotlar, 150 çeşiddən çox digər məhsullar nümayiş olunur.

 


Bütün xəbərlər