Qarabağda tikilən “Ağdam Rezidens” yaşayış kompleksi belə olacaq - Foto

10:01 - 25.04.2023


25 aprel, Fineko/abc.az. Azad edilmiş Ağdam ərazisində hər biri 6 mərtəbəli olmaqla 6 binadan ibarət “Ağdam Rezidens” yaşayış kompleksi tikilir.

ABC.AZ Banker.az-a istinadən tikilməkdə olan “Ağdam Rezidens” yaşayış kompleksinin yeni görüntülərini təqdim edir.

Tarixi Ağdamın baş planına əsasən şəhərdə həm fərdi evlər, həm də ortamərtəbəli yaşayış binaları inşa olunması planlaşdırılmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ilk yaşayış komplekslərindən biri PMD tərəfindən icra olunan “Ağdam Rezidens”dir.

İnşası davam edən layihə Ağdam şəhərinin mərkəzinə yaxın ərazidə və əsas yolların üzərində yerləşir. Yaşayış kompleksi 49 ədəd 1 otaq studio tipli, 110 ədəd 2 otaqlı (94 studio tipli), 46 ədəd 3 otaqlı (20 studio tipli) və 8 ədəd 4 otaqlı olmaqla, ümumilikdə 213 mənzildən ibarətdir.


Bütün xəbərlər