Depozit hərracında 800 milyon manatdan çox vəsait təklif olunub

11:51 - 25.06.2018


25 iyun, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, hərracda 350 milyon manat cəlb edilib.

“Depozit hərracına 812,3 milyon manat təklif edilmişdir. Orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-in məlumatında belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

 

Bütün xəbərlər