Çiyələyin qiyməti artacaq, məhsuldarlığı isə azalacaq

11:25 - 27.04.2023


27 aprel, Fineko/abc.az. Bir neçə gün əvvəl küləklə müşayət olunan dolunun yağması Cəlilabaddakı çiyələk sahələrini məhv edib.

ABC.AZ Xezerxeber.az-a istinadla xəbər verir ki, yetişmiş məhsul zədələndiyindən çürüməyə başlayıb.

Fermerlər deyir ki, artıq sürətli  çürümə gedir. Sahələrdən 40-50 faiz satışa yararlı məhsul yığmaq olar.

Hava şəraiti kartof sahələrinə də ciddi ziyan vurub. Fermerlər deyir ki, külək və dolu kolların qırılmasına səbəb olub. Yığım 10-15 gün gecikəsə, həm də məhsuldarlıq 50 faiz aşağı olacaq.

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, dolunun vurduğu ziyan yüzlərlə hektarı əhatə edir.

Bildirilib ki, əkin sahələri sığorta olunmadığından fermerlər itirilən məhsul barədə müraciət edə bilmir. Üstəlik təbiət hadisəsi məhsuldarlığı aşağı saldığı üçün bu, satış qiymətinin artmasına da təsir göstərəcək.

Daha ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərlər