“AtaBank” ASC Silahlı Qüvvələr Günü münasibəti ilə xüsusi kampaniya keçirir

14:43 - 25.06.2018


25 iyun, Fineko/abc.az. “AtaBank” ASC,25 iyun - 10 iyul 2018-ci il tarixlərindəSilahlı Qüvvələr günü münasibəti ilə hərbçilərimiz üçünxüsusi kampaniyaya start verir.Kampaniyanın şərtləri isə cox rahatdır. Hərbçivəsiqəsini təqdim etməklə “AtaBank” ASC-nin VİSA Electron plastik kartlarına 50% endirim əldə etmək olar.

Kampaniyanın əsas məqsədi bayram əhval-ruhiyyəsini qaldırmaq və hərbçilərimizə bu bayram günlərində sevinc hissi  bəxş etməkdir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Bütün xəbərlər