İyunun 26-na olan hava haqqında məlumat

14:57 - 25.06.2018


25 iyun, Fineko/abc.az. Sabah, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 33-38,  Bakıda gecə 22-24, gündüz 36-38 dərəcəyə yüksələcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65%, gündüz 30-35% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) iyunun 26-da dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə mülayim şimal küləyinin əsməsi əlverişli hava şəraitini şərtləndirir. Lakin temperaturun 38 dərəcəyədək qalxması ilə əlaqədar günorta saatlarında günəş şüalarından qorunmağı tövsiyə edirik.

Azərbaycanın rayonlarında iyunun 26-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcəyə yüksələcək.

 

Bütün xəbərlər