Bir ilə 53 min manat qazanmaq istəyənlər bunu mütləq oxusun

10:15 - 28.04.2023


28 aprel, Fineko/abc.az. Britaniyanın vəhşi təbiət qrupu Quşların Mühafizəsi Kral Cəmiyyəti (RSPB) dünyanın ən ucqar adalarından birində 13 ay işləmək üçün birini axtarır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən iş yeri Cənubi Atlantik okeanında İngiltərə ilə birləşən Qof adasında yerləşir.

Adıçəkilən ərazidə daimi əhali yoxdur. Afrika qitəsindən təxminən 2400 km uzaqlıqda olan adanın hava limanı olmadığı üçün Cənubi Afrikadan yeddi günlük kruiz səfəri tələb olunur.

Hazırda adada yeddi tam ştatlı işçi və səkkiz milyon quş yaşayır.

Qeyd edək ki, RSPB illik 25,000 funt sterlinq ilə 27,000 funt sterlinq  (təxminən 53 min AZN) arasında əmək haqqı ilə yeni sahə məmurunu işə götürmək üçün bir iş elanı dərc edib.

 

Bütün xəbərlər