Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 77% artıb

11:27 - 28.04.2023


28 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda 129 751 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məmumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 76,9 % çoxdur.

3 aylıq göstəricinin 22 223-ü (17,1 %) ilkin, 107 528-i (82,9 %) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 23,6 %, təkrar qeydiyyat isə 94,2 % artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 11 458-i fərdi yaşayış və bağ evi, 22 451-i mənzil, 93 097-si torpaq sahəsi, 753-ü qeyri-yaşayış binası, 1 797-si qeyri-yaşayış sahəsi, 163-ü əmlak kompleksi, 32-si isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 22 323-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşüb.

Bütün xəbərlər