Bakının bu hissəsində də sosial evlər tikiləcək

11:32 - 28.04.2023


28 aprel, Fineko/abc.az. Bakının daha bir ərazisində dövlət tərəfindən sosial evlərin tikintisi başlanır. 

ABC.AZ xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin nəzdində olan "MİDA" MMC Bakının Binəqədi rayonunda sosial evlərin tiknitisi üzrə tender elan edib. 

Yeni sosial evlər Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşəcək. 

Burada yeni çox mənzilli binaların tikintisi üçün 9 hektar ərazi ayrılıb. 

Həmin ərazidə ümumilikdə 13 ədəd çoxmənzilli yaşayış binası tikiləcək. Tender də bu binaların sayına uyğun lotlara bölünüb. 

Lot-1 - 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Lot-2 - 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Lot-3 - 6, 7 və 8 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Lot-4 - 12 və 13 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Bütün xəbərlər