Azərbaycan Yaxın Şərqə taxılın logistikasında Qazaxıstana kömək edə bilər

12:18 - 28.04.2023


28 aprel, Fineko/abc.az. Azərbaycan Yaxın Şərqə taxılın logistikasında Qazaxıstana kömək etməyə hazırdır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Consult Shipping” şirkətinin direktoru Həsən Məmmədov “Xəzər regionunun nəqliyyat logistikası” forumunda çıxışı zamanı bildirib.

“Biz başa düşürük ki, nə vaxtsa Qazaxıstandan Yaxın Şərqə taxıl göndərmək üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən istifadə olunacaq. Bu vaxta qədər biz bu bazarda öz yerimizi möhkəmləndirməliyik ki, qazaxıstanlılar öz logistikasını qurmasınlar, mövcud olan, məsələn Bakıdan keçən logistikanı istifadə etsinlər”, - deyə H. Məmmədov bildirib.

Bütün xəbərlər