330x110
 

“BP-Azerbaijan”ın yeni vitse-prezidenti təyin olundu

25.06.2018,15:44


25 iyun, Fineko/abc.az. “BP-Azərbaycan” şirkətində kadr dəyişiklikləri olub.

Şirkətin məlumatında deyilir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə modernləşdirmə və transformasiya proqramının rəhbəri Nərminə Nəbiyeva insan resursları üzrə vitse-prezident təyin edilib.

“Yeni vitse-prezident 18 iyun tarixində təyin edilib. O, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin  BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq”, - məlumatda belə deyilir.

Nərminə Nəbiyeva Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyi və iqtisadiyyat üzrə bakalavr dərəcəsinə və Böyük Britaniyanın Robert Qordon Universitetinin menecment üzrə diplomuna malikdir.  O, həmçinin İnsan Resurslarının İdarə Olunması və İnkişafı üzrə ixtisaslaşmış İnstitutun (CİPD) üzvüdür.

 

Açar sözlər: BP-Azerbaijan