ABŞ-ın "First Republic Bank"nın səhmləri 34,47% ucuzlaşıb

14:21 - 1.05.2023


1 may, Fineko/abc.az. ABŞ-ın "First Republic Bank"ı (FRB) Kaliforniya Maliyyə Mühafizəsi və İnnovasiya Departamenti (DFPI) tərəfindən Federal Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) təhvil verilib.

ABC.AZ-ın məlumatına görə, eyni zamanda bu korporasiya bankın depozitlərini və aktivlərini almaq üçün "JPMorgan Chase"dən müraciəti qəbul edib.

Ekspertlər sözügedən məsələdə, məqsədin əmanətçiləri qorumaq olduğunu açıqlayıblar.

Bakı vaxtı ilə saat 12.06-a olan məlumata görə, First Republic Bank-ın səhmləri 34,47% ucuzlaşaraq 2,3 dollara düşüb.

Bütün xəbərlər