Dövlət qulluğuna qəbul üçün 22 aprel 2018-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə!

16:27 - 25.06.2018


25 iyun, Fineko/abc.az. 22 aprel 2018-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 22 aprel 2018-ci il tarixdə keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən müraciət edirlər. Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

 

 

Bütün xəbərlər