Türkiyənin turizmdən gəlirləri 8 milyard dolları ötdü

15:29 - 1.05.2023


1 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin turizmdən əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 8 milyard 690 milyon 505 min dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Türkiyədə mart ayında turizmdən əldə edilən gəlir 2022-ci ilin eyni ayı ilə müqayisədə 467 min 626 dollar artaraq 2 milyon 906 min 758 dollara çatıb.

Statistikada o da qeyd olunub ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyəni ziyarət edən turistlərin sayı 26,8 faiz artaraq 8 milyon 181 min 566 nəfər təşkil edib.

“Keçən ilin mart ayında ölkəyə gələn turistlərin sayı 2 milyon 442 min 196 təşkil edib ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 346 min 799 nəfər artaraq 2 milyon 788 min 995 nəfərə çatıb”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər