Bu şəxslərə maddi yardım veriləcək – Rəsmi

15:36 - 1.05.2023


1 may, Fineko/abc.az. Aqrar Sığorta Fondunun əməkdaşları müstəqil sığorta ekspertlərinin iştirakı ilə bölgələrdə dolu, sel, subasma kimi sığorta hadisələrinin təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarlara vurduğu zərəri araşdırmağa başlayıblar.

ABC.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazirlikdən bildirib ki, təsərrüfatları zərər çəkmiş fermerlərin ekspertlər hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar.

"Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək. Biz təsərrüfatlarını aqrar sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fonduna müraciət etməyə çağırırıq. Fermerlər Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini edə bilərlər” – deyə nazirlikdən bildirilib.

Bütün xəbərlər