Dünyanın ən maraqlı pul banknotları

17:00 - 25.06.2018


25 iyun, Fineko/abc.az. Əgər 10 Avstraliya dollarını ortadan bölsək dəyərini itirməyəcək. Sadəcə hər parça 5 dollar olacaq.

2010-cu ildən Hindistanda “sıfır” rupi nominallı banknot dövriyyəyə buraxıldı. Lakin bu pulla heç nə almaq mümkün deyil. Bu banknotların ölkənin korrupsiya ilə mübarizə proqramı çərçivəsində istehsal edilib və vətəndaşları rüşvət tələb edən məmurlara bu nominalları verməyə çağırır.

Böyük Oktyabr inqilabından sonra Yakutiyada maddi böhran yarandı. Belə ki, köhnə pullar dövriyyədən çıxarıldığı halda, yeni pullar hələ hazır deyildi. Bu vəziyyətdə Yakutiyanın maliyyə sədri Aleksey Semenov maraqlı bit çıxış yolu tapır. O, şərab etiketlərinə möhür vuraraq əllə nominalları yazır. Məs, “Madera” 1 rubl, “Kaqor” 3 rubl, “ Portveyn” 10 rubl, “Xeres” isə 25 rubla ekvivalent idi. Belə qəribə maliyyə islahatı haqqında Maksim Qorkinin məqalələrində rast gəlmək olar. Hətta onun bu nominallardan ibarət şəxsi kolleksiyası da mövcuddur.

Hiperinfillyasiya bəzən elə nominalların buraxılmasına səbəb olur ki, bəzən ordakı rəqəmlərin sayını belə oxumaq çətinlik yaradır. Məsələn, 1988-1992-cü illərdə Yuqaslaviyada 500 000 000 000 000 000 000 dinar nominallı pul mövcud olub. Zimbabve isə 2009-cu ildə 100 000 000 000 000 yerli dollar nominalını dövriyyəyə buraxıb.

Yeri gəlmişkən dollar haqqında. Hal-hazırda ən böyük dollar nominalı 100 olsa da, vaxtilə 500, 1000, 5000 dollar da mövcud idi. Elektron ödəmə sistemi yayıldıqca iri nominallar dövriyyədən qalxdı. Hətta banklar arası ödəmələr üçün nəzərdə tutulmuş 10000 dollarlıq nominal da mövcud olub.

Dünyada ən kiçik pul vahidi 1917 -ci ildə Rumıniyada buraxılıb. Onun ölçüsü 27,5x38mm olub.

Taylandda əzik pul çox nadir hallarda görmək mümkündür. Bu onunla izah olunur ki, nominallarda kral təsvir olunub və pulun əzilməsi krala hörmətsizlik hesab olunur və ciddi cəzalandırılmaya səbəb ola bilər.

Uzun illər pul kağızdan olub. Lakin dövr dəyişir və polimerdən pullar hazırlanmağa başlayıb. İlk plastik pul 1983-cü ildə eyni vaxtda bir neçə ölkə: Haiti, Kosta- Rika və Men adasıda istifadəyə verilib. Lakin istehsal texnologiyasının düzgün seçilməməsi səbəbindən (tropic iqlim səbəbindən rənglər qarışırdı) tezliklə bu banknotlar istifadədən qaldırıldı.

Sonradan daha təkmilləşmiş şəraitdə 1988-ci ildən başlayaraq – Avstraliya, Bruney, Vyetnam, Kanada, Yeni Qvineya, Rumıniya və s. polimer banknotlardan istifadə etməyə başladılar.

Bütün xəbərlər