İyulun 2-dən etibarən 40 manat dəyərində Bakı-Batumi avtobus reysi fəaliyyət göstərəcək

17:07 - 25.06.2018


25 iyun, Fineko/abc.az. Bakıdan Batumiyə yeni avtobus reysi açılır.

Beynəlxalq Avtovağzal Kompleksindən xəbər verildi ki, reyslər, iyulun 2-dən başlayaraq bazar ertəsi, çərşənbə və cümə günləri işləyəcək.

“Avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, biletlərin qiyməti 40 manat, 5 yaşına qədər uşaqlar üçün – pulsuz, 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə 20 manat dəyərində olacaq. Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Biletləri 10 gün öncədən Avtovağzalın kassalarından və ya online qaydada əldə etmək olar.

 

Bütün xəbərlər