AMB qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirəcək

17:14 - 25.06.2018


25 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankın 250 milyon manat həcmində qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, iyunun 27-də 50100370S dövlət nömrəli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notların həcmi 250 milyon manat, hər birinin nominal dəyəri 100 manatdır. Notların tədavül müddəti 28 gün təşkil edir”, - BFB-in məlumatında  belə deyilir.

 

Bütün xəbərlər