“Bakı İnşaat” MMC insanların pulunu alıb, işi yubadır - Deputat

12:10 - 2.05.2023


2 may, Fineko/abc.az. Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Lakin təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu şirkətlərdən biri də məhz “Bakı İnşaat” MMC-dir: “Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur. İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verilmir, söhbətdən qaçırlar. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”.

 

Bütün xəbərlər