Gələn ilin əvvəlindən Füzuli şəhərində məskunlaşmanı müşahidə edə biləcəyik – Vüqar Bayramov

12:22 - 2.05.2023


2 may, Fineko/abc.az. Füzuli şəhərinin qurulması ilə bağlı çox intensiv şəkildə işlər həyata keçirilir.

Bunu ABC.AZ-a müsahibəsində Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, praktik, fasiləsiz olaraq Füzuli şəhərində yaşayış binlarının inşa edilməsi artıq ondan xəbər verir ki, Füzuli şəhər sakinləri daha qısa vaxtda öz ata-baba yurdlarına qayıda biləcəklər.

“Bizim ilkin gözləntimiz ondan ibarətdir ki, Füzuli şəhərinə bu ilin sonu və ya gələn ilin əvvəllərində artıq ilkin məskunlaşma olacaq. Və vütövlükdə Füzuli şəhərində ilk yaşayış məhəlləsi bu ilin sonunda hazır olacaq. Və digər texniki məsələləri nəzərə alsaq, gözlənilir ki, gələn ilin əvvəlindən etibarən Füzuli şəhərində məskunlaşmanı müşahidə edə biləcəyik. Ümumiyyətlə, Füzuli rayonunun bərpa edilməsi ilə bağlı artıq tədbirlər planı var və həmin tədbirlər planına əsasən, 2026-cı ilədək ilkin bərpa ediləcək kəndlərin siyahısı dəqiqləşdirilir. Bu istiqamətdə, xüsusən də minalardan təmizləmə ilə bağlı işlər davam edir. Dövlətyanlı kəndindən sonra da daha iki kınddə yaşayış məntəqəsinin salınması və buna paralel olaraq məskunlaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Ona görə də çox qısa zamanda uzun müddət məcburi köçkün həyatı sürən vətəndaşlarımız Füzuli şəhərinə və digər kəndlərinə qayıtmaq imkanə əldə edəcəklər”, - deyə V.Bayramov bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər