Bir obyekt və 17 nəqliyyat vasitəsi özəlləşdirildi

15:58 - 3.05.2023


3 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 səhmdar cəmiyyətin səhm paketləri, 1 obyekt və 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərracda avtomobilin birinə ilkin start qiymətindən 3 dəfə çox məbləğ təklif edilib. Belə ki, start qiyməti 11 000 manat olan “Mercedes Benz Sprinter” markalı avtomobilə ən son təklif 36 000 manat olub.

Hərracda özəlləşdirilən səhmdar cəmiyyətlərinin səhm paketləri “Cəlilabad Məişət” ASC-yə və “Xudat Kəndnəqliyyat” ASC-yə məxsusdur.

Özəlləşdirilən obyekt isə Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən mağazadır. Əmlakın ümumi faydalı sahəsi 108 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

 

Bütün xəbərlər