Avropa İttfaqı silah İstehsalını genişləndirməyə hazırlaşır

10:51 - 4.05.2023


4 may, Fineko/abc.az. Avropa Komissiyası Aİ iqtisadiyyatının sürətləndirilmiş hərbiləşdirilməsinə dair sənədlər paketi hazırlayır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, yaxın gələcəkdə yaşıl enerji ilə yanaşı, sursat və silah istehsalının Aİ iqtisadiyyatının inkişafı üçün prioritet istiqamətlərdən birinə çevirəcəyi deməkdir.

Sənədlər paketinin bir hissəsi olaraq, Avropa Komissiyası artilleriya sursatlarının və raketlərin istehsalının genişləndirilməsi təşəbbüsü ilə çıxış edəcək.

Təşəbbüsə Aİ qurumları və ölkələri 1,5 milyard avro sərmayə qoyacaq.

Bütün xəbərlər