Şirkətin borcu olduğu üçün intihar etmək istədi - Detallar

14:00 - 4.05.2023


4 may Fineko/abc.az. Bakıda vəzifəli şəxs intihara cəhd edib.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib.

“Yapsan” MMC-nin direktor müavini, 1982-ci il təvəllüdlü R.Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər