Banka məxsus yaşayış evləri satışa çıxarılır – SİYAHI

17:21 - 4.05.2023


4 may, Fineko/abc.az. 7 iyun 2023-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq “Dəmirbank” ASC-yə məxsus daşınmaz əmlakların açıq hərracda satışı elan edilib.

ABC.AZ xəbər verir ki, əmlaklar 2-ci dəfə təkrar hərraca 100% dəyərində təqdim olunur.

Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

Bütün xəbərlər