Şotlandiyada ada satışa çıxarıldı

10:10 - 8.05.2023


8 may, Fineko/abc.az. Şotlandiyada ada satışa çıxarılıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən ada Şotlandiyanın qərb sahillərində yerləşir.

Belə ki, ölkənin Barlocco adası 150.000 (təxminən 320.000 AZN) funta satılır. 

Bildirilir ki, təxminən 100 hektar ərazisi olan adada  yaşayış yoxdur. Adaya sahil zolağının heyrətamiz mənzərələri, çınqıllı çimərlik daxildir. İnsanlar adaya piyada və ya qayıqla gələ bilərlər.

Bu keyfiyyətlər dünyanın hər yerindən 50-dən çox potensial alıcının diqqətini cəlb edib.

Bütün xəbərlər