Azərbaycanın bu ölkə ilə yaradacağı İnvestisiya Fondu Parlamentdə müzakirə olunacaq

14:16 - 8.05.2023


8 may, Fineko/abc.az. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu yaradılır.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin  iclasında müzakirə ediləcək “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, bu il Fevralın 24-də Azərbaycan-Özbəkistan Regionlararası Forumunda Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə hökumətlərarası Saziş imzalanmııb.

Bütün xəbərlər