"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nə yeni sədr təyin edildi

15:12 - 8.05.2023


8 may, Fineko/abc.az. "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin İdarə Heyətinin sədri dəyişib.

ABC.AZ xəbər verir ki, Əliyev Elvin Mir İsmayıl oğlu sığorta şirkətinin İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşıb. Onun yerinə isə "Aqrar Sığorta"nın sədr müavini Abbasova Elnarə Elxan qızı təyin edilib.

O artıq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC 31 avqust 2020-ci ildə yaradılıb. Şirkət Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib. Onun nizamnamə kapitalı 2 milyon 187,5 min manat həcmində hər biri 1 manat dəyərində eyni sayda adi adlı sənədsiz səhmdən ibarətdir.

 

Bütün xəbərlər