İran dövlət borcunu ödəmək üçün 19 abidəsini satışa çıxarıb

16:30 - 8.05.2023


8 may, Fineko/abc.az. İranın Mədəni İrs Nazirliyi dövlət borcunu azaltmaq üçün 19 qədim tarixi abidəni satışa çıxarıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Böyük Britaniyanın “The Times” qəzetində dərc edilib.

Satışa çıxarılmış abidələr siyahısında İranın cənub-qərbində neftlə zəngin olan Xuzistan əyaləti də var. Siyahıdakı ən əhəmiyyətli tikililərdən biri Kirman vilayətindəki min illik Rayen qalasıdır. Digəri isə Qacar şahzadəsi Nəsirəddin Mirzənin kənd iqamətgahıdır. Bina 1979-cu il İslam İnqilabından sonra Pəhləvi və Qacar sülalələrinin üzvlərinə məxsus bir çox digər binalar kimi şahzadənin varislərindən müsadirə edilib və hazırda hökumətin mülkiyyətindədir.

Ekspertlər hesab edir ki, beynəlxalq sanksiyalar səbəbindən satışa çıxarılmış abidələri İranın yalnız siyasi əlaqələri olan varlı elitası ala biləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər