Avropanın 4 ölkəsi qızıl vizaların verilməsini sərtləşdirir

17:08 - 8.05.2023


8 may, Fineko/abc.az. İspaniya hökuməti vizalarla bağlı məsələyə yenidən baxacaq. Belə ki, hökumət xarici investorlara “qızıl viza”ların verilməsi qaydalarını sərtləşdirməyi nəzərdən keçirir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, mövcud qaydalar ölkədə ev almaq üçün ən azı 500 min avro xərcləyən xarici vətəndaşlara üç illik yaşayış icazəsi almağa imkan verir.

Qeyd edək ki, ötən il İspaniya 500 min avrodan çox qiymətə ev alan investorlara 2500 viza verib.

Onu da qeyd edək ki, qızıl viza proqramlarını nəzərdən keçirən tək İspaniya deyil. İspaniya ilə yanaşı İrlandiya da qızıl viza proqramını gözdən keçirib, başa çatdırıb. Adıçəkilən ölkə öz sxemini fevral ayında bağlayıb, Yunanıstan isə Afina da daxil olmaqla bir sıra yerlərdə investisiya həddini ikiqat artıraraq 500 000 avroya çatdıracağını, Portuqaliya hökuməti isə proqramına yenidən baxacağını bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər