Biz texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik – İlham Əliyev

14:38 - 10.05.2023


10 may, Fineko/abc.az. Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialının olduğunu, gələcəyin də məhz bu istiqamətdə inkişaf edəcəyini diqqətə çatdıran dövlətimiin başçısı bildirib: “Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.

Bütün xəbərlər