Mərkəzi Bankın notları ilk dəfə 1 milyard manatı keçib

10:21 - 11.05.2023


11 may, Fineko/abc.az. Mayın 10-da Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri bu il fevralın 24-dən bəri ilk dəfə 1 milyard manatı keçib.

ABC.AZ xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, notların ümumi dəyəri mayın 4-ü ilə müqayisədə 60 milyon manat artaraq 1 milyard 20 milyon manata çatıb.

Xatırladaq ki, Mərkəzi Bank ötən il sentyabrın 1-dən yen pul siyasəti həyata keçirir.

Bu çərçivədə dövriyyəyə 28 günlük notlarla yanaşı, 84, 168 və 252 günlük notlar da buraxılıb. Hazırda notların illik gəlirliliyi müvafiq olaraq 7,37%, 7,74%, 8,26% və 8,9%-dir.

Bütün xəbərlər