Almaniya hökuməti qaçqınlar üçün 1 milyard avro pul ayıracaq

10:33 - 11.05.2023


11 may, Fineko/abc.az. Almaniya hökuməti bu il qaçqınların ehtiyaclarının qarşılanması üçün regionlara əlavə 1 milyard avro vəsait ayıracaq.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin mətbuat xidməti yayıb.

Belə ki, sözügedən məsələ barədə danışan Almaniya kansleri Olaf Şolts bildirib ki, qaçqınlarla bağlı siyasətin məqsədi həmrəylik bölgüsü sisteminə nail olmaqdır.

“Federal hökumət bütün üzv ölkələr arasında qaçqınların qəbulu ilə bağlı razılığın əldə olunmasını təmin etmək üçün Avropa İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək”, - O.Şolts qeyd edib.

Bütün xəbərlər