Bu sığorta şirkətlərinin rəhbərləri dəyişdi

11:00 - 11.05.2023


11 may, Fineko/abc.az. “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” şirkətlərinin rəhbərləri dəyişib.

ABC.AZ xəbər verir ki, bu barədə  sığorta şirkətindən bildirilib.

Qeyd edilib ki, mayın 8-də hər iki şirkətin Direktorlar Şurasının yığıncağı keçirilib. Şirkətin yeni strateji inkişaf planlarına uyğun olaraq Uğur İbrahimli “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri, Emil Ağamaliyev isə “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrinə təyin edilib.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən, “Meqa Həyat Sığorta” ASC isə 2021-ci ildən fəaliyyət göstərir.

Bütün xəbərlər