Azərbaycanda daha bir şəhərdə sosial evlər tikiləcək

12:29 - 11.05.2023


11 may, Fineko/abc.az. Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC  Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində  çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə açıq tender elan edir.

ABC.AZ xəbər verir ki, tender aşağıdakı lotlar üzrə keçirilir:

Lot-1 – 1, 2, 3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Lot-2 – 5, 6, 7, 8, 9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Lot-3 – 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcək.

Bütün xəbərlər