Ordumuz Şəhidimizin qisasını belə aldı - VİDEO

17:06 - 11.05.2023


11 may, Fineko/abc.az. Mayın 11-də Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, şəhidimizin qisasını alaraq Azərbaycan ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistanın hərbi infrastrukturunu məhv edib.

Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Bütün xəbərlər