Muzdla işləyənlər ən çox hansı sahədə çalışır?

15:30 - 12.05.2023


12 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 901 manat olduğunu açıqlayıb.

ABC.AZ xəbər verir ki, bundan başqa, bu il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 min nəfər və yaxud 2% artaraq 1 736,3 min nəfər təşkil edib, onlardan 904,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,3 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bütün xəbərlər