Dövlətə məxsus obyektlər icarəyə çıxarılır - Qiymətlər

16:45 - 12.05.2023


12 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 8 obyekt çıxarılıb. Obyektlərin start icarə qiyməti 14 manatla 43 manat arasında dəyişir. 

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən start qiyməti ucuz olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir.

Budəfəki müsabiqəyə çıxarılan 8 obyekt Şamaxı, Oğuz, Neftçala və Saatlı rayonlarında yerləşir. Təklif olunan qeyri-yaşayış sahələrinin aylıq icarə qiyməti 14,1 manatdan başlayır. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Bütün xəbərlər